Buzlaqlar sürətlə əriyir Britaniyalı alim

05.02.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünya okeanının səviyyəsi dinamik dəyişikliklər səbəbindən 2300-cü ilə kimi on metrə qədər yüksələ bilər.

Oxu.Az xəbər verir ki, bu barədə Darem Universitetinin dosenti Tom Çadli məlumat yayıb.

O qeyd edib ki, 2016-cı ildən 2021-ci ilə qədər iqlim dəyişikliyi səbəbindən Qrenlandiyanın buz təbəqəsi gözlənildiyindən daha tez çat verməyə başlayıb, əvvəl olan çatların həcmi isə artıb:

"Səbəblər arasında isti hava nəticəsində buzlaqların sürətlə əriməsi və okean temperaturunun yüksəlməsi göstərilir".

"Buna görə də alimlər dəniz səviyyəsinin qalxmasını proqnozlaşdırmalıdırlar ki, buna uyğunlaşmaq mümkün olsun" - deyə britaniyalı alim vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью