Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Antarktida qitəsi erkən kainatın təkamülünü öyrənmək üçün qlobal astrofizikanın ana mərkəzlərindən birinə çevrilir. Tsukuba Universitetinin yaponiyalı alimləri Cənub qütbündə 12 metrlik "ATT12" terahers teleskopunun yerləşdirilməsi layihəsini və onun texniki imkanlarını təqdim ediblər. Yeni rəsədxananın əsas məqsədi ənənəvi optik teleskopların daxil ola bilmədiyi dərinliklərə — sıx kosmik toz qatının arxasında şiddətli ulduz əmələgəlmə proseslərinin getdiyi ilk qalaktikalara nüfuz etməkdir.
Astrofiziklərin izahına görə, gənc qalaktikalardakı intensiv ulduz yaranması zamanı ayrılan işıq kosmik toz tərəfindən udulur və yayılır. Bu səbəbdən prosesləri görünən optik spektri vasitəsilə müşahidə etmək imkansızlaşır. Məhz buna görə də tədqiqatlar üçün terahers və uzaq infraqırmızı diapazonlar tələb olunur. Məkan kimi Antarktidanın seçilməsi isə təsadüfi deyil: kontinentin daxili rayonlarında su buxarının səviyyəsi planet üzrə ən aşağı göstəricilərə malikdir. Su buxarı terahers şüalanmasını kəskin şəkildə udduğu üçün Antarktidanın son dərəcə quru və soyuq atmosferi bu tipli həssas müşahidələr üçün ideal mühit yaradır.
Teleskopun imkanlarının simulyasiya modeli tədqiqatçılara olduqca nikbin proqnozlar verməyə əsas yaradır. Genişbucaqlı və çoxdiapazonlu kameralarla təchiz olunacaq "ATT12" qurğusunun 1 milyondan 10 milyona qədər tozlu qalaktikanı aşkar edə biləcəyi gözlənilir. Layihənin ən mühüm elmi dəyəri fallsız olaraq Böyük Partlayışdan (Big Bang) cəmi bir milyard il sonra — kainatın formalaşmasının ilk mərhələlərində mövcud olmuş obyektləri üzə çıxarmaq qabiliyyətidir.
Qurğunun spektroskopik cihazları yalnız bu qalaktikaların yerini müəyyənləşdirməklə kifayətlənməyəcək, eyni zamanda uzaq infraqırmızı diapazondakı emissiya xətlərini təhlil edərək qalaktikalararası qazın sıxlığını və kimyəvi tərkibini dəqiqliklə öyrənməyə şərait yaradacaq. Əldə olunacaq empirik göstəricilər kainatın ilk dövrlərində hökm sürən fiziki şəraitin və qalaktikaların təkamül zəncirinin yenidən bərpa olunmasında həlledici rol oynayacaq.
açıq əməkdaşlığı və texnologiyaların şəffaf monitorinqi həyati əhəmiyyət daşıyır.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ