Buzlu suya girdi, 40 saniyə dayandı VİDEO

29.01.2025

Icma.az, Manset saytına istinadən bildirir.

Türkiyədə turist göldə qeyri-adi hərəkəti ilə diqqət cəkib.

Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ziyarətçilərdən biri buzlu suya girmək qərarına gəlib və təxminən 40 saniyə orada qalıb.

Qız kirşə sürmək üçün gəlib, lakin bunun əvəzinə yerli balıqçıların balıq tutmaq üçün buzları kəsdiyi yerə gedib. O, əlinə təhlükəsizlik ipi bağlayaraq və -20 dərəcə şaxtaya baxmayaraq buzlu suya baş vurub.

Gücünü sınamağı planlaşdıran qız təxminən 40 saniyə dayana bilib, bundan sonra yerli sakinlərdən birinin köməyi ilə oradan çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью