Buzlu yolda “hoqqa” verən daha bir sürücü “Sağ sol” edib əks yola çıxdı VİDEO

26.02.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Suraxanı rayonunda kobud qayda pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında Qaraçuxur qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan 90-VR-655 dövlət nömrə nişanlı “VAZ-2172” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Belə ki, buzlu yolda maşını gah sağa, gah da sola sürən sürücü qarşı tərəfdə keçərək qəza təhlükəsi yaradıb. Digər görüntüdə isə o, işıqlandırılan yol sahəsində yaxın işıqları yandırmayıb və duman işıqlarından istifadə edib. 
Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью