Buzlu yolda idarəetməni itirən maşınlar qəzadan son anda yan keçdi VİDEO | Icma.az
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq. Bakıda yolun buz bağlaması növbəti yol-nəqliyyat hadisəsinə səbəb olub.
Avtosfer.az xəbər verir ki, hadisə “20 Yanvar” metrosuna qalxan yolda, körpünün üzərində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan avtomobil yolun buzlu olması səbəbindən idarəetməni itirərək sürüşüb və nəticədə qəza baş verib.
Görüntülərdə avtomobilin körpü üzərində sürüşərək nəqliyyat axınına təhlükə yaratdığı açıq şəkildə müşahidə olunur.
Qəza nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlıi məlumat verilməyib.
Sürücülərə şaxtalı və buzlu hava şəraitində xüsusilə körpü və yol ötürücülərində ehtiyatlı olmaları, sürət həddinə riayət etmələri tövsiyə olunur.
Eltac Oxunub 272 Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu