Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş vermiş qəza anbaan qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 28-də saat 07:02 radələrində Əli İsazadə küçəsində qeydə alınıb. Hərəkətdə olan 90-FP-463 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşın, 77-MJ-463 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə toqquşub. Videodan görünür ki, yolun buzlu olması səbəbindən “VAZ” sürüşüb və ayırıcı maneəyə çırpılaraq bir neçə dəfə fırlanıb. Daha sonra görüntünü qeydə alan “Hyundai” markalı maşına çırpılıb.
Qeyd edək ki, hadisə zamanı hər iki avtomobilə maddi ziyan dəyib.
Nərmin