Buzlu yollardakı qəzada 5 nəfər yaralanıb

25.02.2025

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gün ölkə ərazisində hava şəraiti ilə əlaqədar yollarda 1 qəza olub.

Lent.az xəbər verir ki, Baş Dövlət Yol Polisi  İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin verdiyi məlumata əsasən, ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölüm və ağır xəsarət halları baş verməyib. 

Baş DYP İdarəsi yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirir və hərəkət iştirakçılarını bir daha qaydalara ciddi riayət etməyə çağırır.

Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək hər birimizin təhlükəsizliyinin təminatıdır!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью