Buzovnada “BYD”yə çırpılan “Niva” aşdı

27.07.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün paytaxtın Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Şağan-Buzovna yolunda “Niva” markalı minik avtomobili dönmə manevri edən “BYD” markalı avtomobilə çırpılaraq aşıb.

Nəticədə “Niva”da olan 1 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya aparılıb.

Bildirilib ki, hadisə vaxtı “Niva” markalı avtomobil yüksək sürətlə hərəkət edirmiş.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью