Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025-ci il oktyabrın 13-də Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi 28 ünvanında yerləşən 5 saylı Peşə Məktəbində “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyi tərəfindən “Narkotik istifadəsinə qarşı seminar-treninqlərin təşkili” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
İcra müddəti 4 ay olan (01.06.2025—30.09.2025) layihə Bakı şəhərinin müxtəlif rayonlarında — Yasamal, Nəsimi, Səbael, Nərimanov, Binəqədi, Abşeron (Mehdiabad, Saray, Xırdalan qəsəbələri) ərazilərində reallaşdırılır.
Layihənin əsas məqsədi yeniyetmə və gənclərin maarifləndirmə yolu ilə narkomaniyaya qarşı mübarizəyə təşəbbüs göstərmələrini təşviq etməkdir.
Buzovnada keçirilən tədbirdə 20 nəfər iştirak edib. Tədbiri təşkilatın sədri Səltənət Qocamanlı açaraq iştirakçıları salamlayıb və belə bir
O, narkomaniyanın cəmiyyət üçün təhlükəli sosial bəla olduğunu vurğulayıb.
Daha sonra söz layihənin təlimçisi, həkim-narkoloq, doktorant Ayxan Bağırova verilib.