Buzovnada qəzaya düşən şəxs xəstəxanada həyatını itirib

07.02.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Ötən günlərdə Buzovnada qəzaya düşən şəxs bu gün xəstəxanada həyatını itirib.

APA xəbər verir ki, 27 yanvar tarixində Yasin Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə Maştağa-Buzovna șossesinin Buzovna qəsəbəsindən keçən hissəsində hərəkətdə olarkən Nurlan Ağayevin idarə etdiyi "Tofaş" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Tofaş markalı avtomobilin sürücüsü N.Ağayev aldığı xəsarətlərdən müalicə olunduğu Respublika Neyrocərrahiyyə xəstəxanasında ölüb.

Faktla bağlı Xəzər RPi-nin İstintaq bölməsində CM-nin 263.2-ci maddəsi
ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью