BVF: ABŞ ın rüsum siyasəti qlobal iqtisadi inkişaf üçün risk yaradır

04.04.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Amerika Birləşmiş Ştatları tərəfindən açıqlanan idxal rüsumları dünya iqtisadiyyatının inkişafı üçün əhəmiyyətli dərəcədə risk yaradır."

APA xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva deyib.

"Biz hələ də elan edilmiş rüsum tədbirlərinin makroiqtisadi təsirini qiymətləndiririk. Lakin onlar açıq şəkildə artımın yavaş olduğu bir vaxtda qlobal iqtisadi perspektiv üçün əhəmiyyətli dərəcədə risk yaradır. Qlobal iqtisadiyyata daha çox zərər vura biləcək addımlardan qaçmaq vacibdir", - o deyib.

Georgiyeva həmçinin ABŞ və onun ticarət tərəfdaşlarını ticarət gərginliyini həll etmək və qeyri-müəyyənliyi azaltmaq üçün konstruktiv işləməyə çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью