BVF rəhbəri resessiya riskini istisna edir

01.04.2025

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yeni rüsumlar qlobal səviyyədə resesssiyaya səbəb olmayacaq.

AZƏRTAC xəbər verir ki, bu bəyanatla Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgiyeva çıxış edib.

“Biz dünya iqtisadiyyatı üçün dramatik nəticələr gözləmirik. Mümkündür ki, aşağıya doğru müəyyən korreksiya olsun. Üfüqdə resessiya görünmür. Bizi narahat edən ölkə iqtisadiyyatlarının əlavə şoklara necə davam gətirməsidir” – deyə, Georgiyeva bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью