BVF: Süni intellekt qlobal inflyasiyanı artırır

07.10.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Süni intellektin sürətli inkişafı, enerji və ərzaq böhranları, eləcə də gömrük rüsumları və müdafiə xərclərinin  artması qlobal inflyasiyanın artmasına səbəb olur.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva bildirib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatı eyni anda bir neçə ciddi təzyiqlə üz-üzədir:

"Texnologiyanın sürətli inkişafı resurslara olan tələbatı və xərcləri artırır. Gübrə, ərzaq və əsas sənaye xammalının bahalaşması davam edir. Həmçinin əlverişsiz hava şəraiti ərzaq təhlükəsizliyinə riskləri artırır". 

Gülşən Şərif
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью