Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
BVF Türkiyə iqtisadiyyatını qiymətləndirib.
Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) Türkiyənin Yaxın Şərqdəki münaqişə və investisiya fondlarında yaşanan gərginlik səbəbindən 2026-cı ildə çətin bir dövrlə üzləşdiyini bildirib. Fond qeyd edib ki, hökumətin qətiyyətli siyasət addımları enerji qiymətlərindəki şokun inflyasiyaya təsirini məhdudlaşdırmağa və maliyyə sabitliyini qorumağa kömək edib.
Fond Türkiyədə IV Maddə üzrə məsləhətləşmələr çərçivəsində BVF əməkdaşlarının ölkəyə səfərindən sonra əldə olunan ilkin nəticələri açıqlayıb.
BVF-nin bəyanatında iqtisadi sabitlik proqramı çərçivəsində əhəmiyyətli irəliləyişlər əldə edildikdən sonra Türkiyənin Yaxın Şərqdəki münaqişənin yaratdığı böyük xarici ticarət şərtləri şoku və sentyabr ayında investisiya fondlarında yaşanan gərginlik səbəbindən çətin bir il keçirdiyi bildirilib.
Bəyanatda, “Hökumətin qətiyyətli siyasət addımları enerji qiymətlərindəki şokun inflyasiyaya təsirini məhdudlaşdırmağa və maliyyə sabitliyini qorumağa kömək edib”, – deyə qeyd olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!