BXK diqqəti Qəzzaya yönəldib

31.12.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Beynəlxalq Qızıl Xaç Komitəsi beynəlxalq ictimaiyyəti Qəzzaya diqqəti artırmağa çağırıb.

“Cebheinfo.az” “Middle East Monitor”-ya istinadən xəbər verir ki, BQXR Qəzzada mövcud ağır və acınacaqlı vəziyyətlə bağlı həyacan təbili çalıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin bəyanatında qeyd olunur ki, İsrail ordusunun Qəzzanın şimalındakı xəstəxanaları və ətraf əraziləri bombalaması nəticəsində bölgədəki səhiyyə sistemini tamamilə məhv edilib. Son hücumlar nəticəsində Qəzzanın şimalında səhiyyə sistemi tamamilə çöküb və mülki vətəndaşlar sağlamlıq xidmətlərindən məhrum olub və onların həyatı təhlükədədir”,-  deyə bəyanatda vurğulanır.

Bəyanatda beynəlxalq humanitar hüquqa uyğun olaraq tibb müəssisələrinin qorunması üçün təcili çağırışlar edilib. Qeyd edək ki, dekabrın 27-də Kamal Advan xəstəxanası İsrail hərbçiləri tərəfindən basqın edilib, xəstəxana yandırılıb, xidmət dayandırılıb və xəstəxana işçiləri, xəstələr və onların ailələri zorla təxliyə edilib. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью