Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sosial şəbəkələrdə “By Ella” ləqəbi ilə tanınan bloger – Məmmədova Lalə İlham qızı hava limanında saxlanıldığı bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Unikal” məlumat yayıb.
Bildirilir ki, ona qarşı Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
“Səbai rayon Məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Əgər onun bu əməli sübuta yetirilərsə xanım blogeri əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir”, - sayt yazır.