Byanka Kanyedən ayrıldı!

04.04.2025

Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Byanka Kanyedən ayrıldı!

Dünya şöhrətli reper və iş adamı Kanye Uest həyat yoldaşı, avstraliyalı qalmaqallı model Byanka Sensori ilə ayrıldığı üzə çıxıb.

OLAY yazır ki, bu barədə sənətçinin özü “Byanka” adlı yeni mahnısında məlumat verib. 

Nəğmənin mətnində Kanye, Sensorinin “X” sosial şəbəkəsindəki  qalmaqallı paylaşımlarına görə ondan ayrıldığını etiraf edib.

Uest həmin paylaşımında Sensoriyə hakim olduğunu və özünü nasist adlandırdığını bildirib. 

Byankanın ona qayıdıb-qayıtmadığı hələlik məlum deyil.

Qeyd edək ki, Kanye Uest və Bianca Sensori 2022-ci ildə tanış olub və bir il sonra evləniblər. O vaxtdan bəri avstraliyalı model mütəmadi olaraq açıq-saçıq geyimlərlə ictimaiyyət qarşısına çıxır. Byankanın ailəsi ondan narahatdır və reperin onun iradəsini boğduğuna inanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью