Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çinin BYD avtomobil istehsalçısı daxili bazarda 183 mindən çox avtomobilini geri çağırdığını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, geri çağırılma əyləc sistemindəki mümkün qüsurlarla əlaqədardır.
Geri çağırılma əksər “Tang” seriyalı elektrik avtomobillərinə və hibrid SUV-lərə, eləcə də təxminən 40 min ”Qin” seriyalı sedanlara təsir göstərir.
Agentliyin məlumatına görə, əyləc pedallarının yastıqlarının materialı qüsurludur və uzun müddət istifadə etdikdə, həmçinin, ekstremal şərait baş vedikdə qırıla bilər.
Çin tənzimləyicilərinin nəqliyyat vasitələrinin təhlükəsizliyinə nəzarəti gücləndirdiyi bildirilir.
Hakimiyyət orqanları şiddətli bazar rəqabətinin və sürətlənmiş inkişaf dövrlərinin istehsalçıları yeni modelləri qısa bir vaxtda buraxmaq üçün keyfiyyətdən imtina etməyə məcbur edə biləcəyindən ehtiyat edirlər.
Qeyd edək ki, bundan əvvəl Çində ən çox satılan avtomobillərin BYD avtomobilləri olduğu bildirilmişdi. Mənbəyə görə, “Geely” ikinci, “FAW-Volkswagen” isə üçüncü yerdə qərarlaşır.