“BYD” arakəsməni dağıdıb işıq dirəyinə çırpıldı

08.09.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün səhər saatlarında Bakı-Qazax magistralının Qaradağ rayonu Səngəçal qəsəbəsindən keçən hissəsində yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, “BYD” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə metal arakəsmələrə, sonra işıqlandırma dirəyinə çırpılıb. Nəticədə, avtomobil tamamilə yararsız hala düşüb.

Hadisə zamanı ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью