BYD dan avtomobil bazarına daha bir şok Batareya zəmanəti artırılır

22.04.2026

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Dünyanın aparıcı elektrik avtomobili istehsalçısı olan BYD avtomobillərdə istifadə etdiyi “Blade” batareyaları üçün zəmanət müddətini 8 ilə və ya 250.000 kilometrə qədər uzadıb.

Lent.az xəbər verir ki, “Blade” batareya texnologiyası, həm tam elektrikli, həm də hibrid olan bütün BYD modellərində istifadə olunur.

“Blade” batareyalarındakı zəmanət 6 il və ya 150.000 kilometrlik əsas zəmanətə əlavə olaraq təmin edilir. 12 illik və ya limitsiz yürüş anti-korroziya zəmanəti də mövcuddur. Elektrik mühərriki isə 8 il və ya 150.000 kilometr zəmanət təklif edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью