BYD dən yenilik: 5 dəqiqəyə 470 kilometrlik şarj

20.03.2025

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çinli avtomobil istehsalçısı BYD, 5 dəqiqəlik şarjdan sonra 470 kilometrə qədər məsafə qət edə bilən sistem hazırladığını açıqlayıb.

Lent.az xəbər verir ki, “Super e-Platforma” adlanan sistem 1000 kVt-a qədər enerji doldurma sürəti təklif edir.

Bu sürət Teslanın “Supercharger” sistemindən iki dəfə sürətli olması ilə diqqət çəkir.

BYD-nin qurucusu Vanq Çuanfu yeni texnologiyadan məqsədin elektrik avtomobillərinin doldurulma müddətini daxili yanma mühərrikli avtomobillərin yanacaq doldurma müddəti qədər qısaltmaq olduğunu deyib.

Bu sistemi ilk dəfə istifadə edəcək BYD modelləri Han L sedan və Tang L SUV olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью