Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.
Çinin avtomobil istehsalçısı BYD Fransanın Hambax şəhərində yerləşən avtomobil zavodunu almaq üçün “INEOS Automotive” ilə eksklüziv danışıqlara başlayıb. Şirkət burada Avropa sürücülərinin tələblərinə uyğun avtomobillər istehsal etmək niyyətindədir.
Marja.az BYD-nin noyabrın 24-də yaydığı açıqlamaya istinadən xəbər verir ki, tərəflər alqı-satqını hələ yekunlaşdırmayıblar. Nəzərdə tutulan əməliyyatla bağlı işçiləri təmsil edən şuralarla məsləhətləşmələr aparılmalıdır. Zavodun satış qiyməti, planlaşdırılan istehsal həcmi, BYD-nin burada istehsal edə biləcəyi modellər və əməliyyatın gözlənilən tamamlanma tarixi açıqlanmayıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
BYD bildirib ki, zavodun fəaliyyətini davam etdirmək, yerli məşğulluğu dəstəkləmək, bölgədəki işçilər və təchizatçılar üçün yeni imkanlar yaratmaq niyyətindədir. Şirkət bu sərmayə planını Avropada uzunmüddətli fəaliyyət strategiyası və Fransaya inamı ilə əlaqələndirib.
Fransa–Almaniya sərhədi yaxınlığında yerləşən zavodun sahəsi təxminən 210 min kvadratmetrdir. “INEOS Automotive” müəssisəni 2021-ci ilin yanvarında “Mercedes-Benz”dən alıb. Hazırda burada “Grenadier” və “Quartermaster” yolsuzluq avtomobilləri istehsal olunur. Zavodda tam avtomatlaşdırılmış kuzov sexi, yarımavtomatlaşdırılmış rəngləmə sexi və keyfiyyətə nəzarət mərkəzi fəaliyyət göstərir.
“INEOS Automotive” satış baş tutacağı təqdirdə hər iki modelin istehsalının ortamüddətli dövrdə Hambaxda davam edəcəyini gözləyir. Şirkət ABŞ-da istehsal üçün də potensial məkanların qısa siyahısını hazırlayıb və 2028-ci ildə hər iki modelin ABŞ-da istehsalına başlamağı hədəfləyir.