“BYD” ilə ağır qəzaya düşdü; hava yastıqları AÇILMADI VİDEO

25.11.2025

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sürücünün aldığı Çin istehsalı avtomobil onu çətin vəziyyətə salıb. Hadisə nəticəsində yaranan durum sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Avtosfer.az xəbər verir ki, vətəndaş yeni aldığı "BYD" markalı avtomobillə qəzaya uğrayıb. Məlumata görə, nəqliyyat vasitəsi idarəetməni itirərək ağaca çırpılıb və avtomobilin demək olar ki, bütün hissələri əzilib. Qəzanın şiddətinə baxmayaraq, maşının heç bir hava yastığı açılmayıb ki, bu da sürücünün narazılığına səbəb olub.

Sürücü bildirir ki, avtomobilin təhlükəsizlik sistemlərinin işləməməsi ilə yanaşı, iç və çöl detallarının böyük əksəriyyəti sanki mövcud deyil:

“Avtomobil hər yerdən əzilib, amma bir dənə də hava yastığı açılmadı. Üstəlik, maşının demək olar ki, heç bir detalı burda yoxdur. Mən bunu necə təmir etdirim?” – deyə o, narahatlığını ifadə edib.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью