BYD nin gəlirlərində ciddi azalma

09.11.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

BYD-nin xalis mənfəəti il ərzində 32,6 faiz azlıb. Ümumilikdə şirkətin gəlirləri ardıcıl 2 rübdür azalmağa davam edir.

Avtosfer.az xəbər verir ki, bu barədə Honq Konq birjası məlumat yayıb.  Dövriyyə isə illik əsasda təxminən 3 faiz artaraq 195 milyard yuan (24 milyard dollar) təşkil edib.

Satışların kifayət qədər çox olmasına rəğmən mənfəıətin azalmasına səbəb “qiymət müharibəsi”dir. Çinli istehsalçılar daha çox maşın satmaq üçün qiymətləri maksimum dərəcədə endirirlər. Bu, daxili bazarda daha ciddi hiss edilir. 
Çin hökumətinin elektromobil alışına dəstək proqramını dayandırması da daxili bazarda istehsalçılara ciddi zərbə vurub. Xarici bazara isə kiçik istehsalçılar çıxa bilmir.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью