Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“BYD” şirkəti qatlanan sükan sisteminə malik ilk seriya istehsalı avtomobilini satışa çıxarıb. “Fang Cheng Bao Ti9” modelinin sükanı 10 saniyəyə ön panelin içərisinə yığıla bilir.
“Bakupost” xəbər verir ki, bu funksiya yalnız avtomobil park vəziyyətində olduqda aktivləşir. Sükan yığıldıqda sürücü üçün əlavə boş yer yaranır.
Model 536 at qüvvəli hibrid mühərriklə təchiz olunub. Avtomobil elektrik rejimində 400 kilometr, hibrid sistemlə isə ümumilikdə
1630 kilometrədək məsafə qət edə bilir.
Qatlanan sükan sisteminə malik versiyanın qiyməti təxminən 49400 dollar təşkil edir.
Vüsalə Hüseynova,
BakuPost