Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Özbəkistanda baş verən qeyri-adi hadisə sosial şəbəkələrdə böyük maraq doğurub.
Milli.Az xəbər verir ki, yayılan görüntülərdə bir kişinin BYD markalı avtomobilini qarajda deyil, birbaşa evinin zalında - xalçanın üzərində saxladığı görünür. Qısa zamanda viral olan video izləyicilər arasında təəccüb və müzakirələrə səbəb olub.
Ev sahibi bu qərarını avtomobilə göstərdiyi xüsusi qayğı ilə əsaslandırıb. Onun sözlərinə görə, maşının soyuqda qalmaması, yağışdan və digər hava şəraitindən qorunması üçün onu evdə saxlamaq daha məqsədəuyğundur. O, avtomobilinə adi nəqliyyat vasitəsi kimi yox, ailənin bir üzvü kimi yanaşdığını da vurğulayıb.
Qeyri-adi davranış sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalar doğurub. Bəziləri bunu maraqlı və fərqli yanaşma kimi qiymətləndirsə də, digərləri evdə avtomobil saxlamağın düzgün olmadığını bildirib. Hadisə hazırda da onlayn platformalarda geniş müzakirə olunub.
Musa
Milli.Az