BYD Tesla nı çökdürür

23.05.2025

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Çinin "BYD" şirkəti aprel ayında Avropada 7 min 231 elektrikli maşın satıb və "Tesla"nı geridə qoyub.

Milli.Az xəbər verir ki, "JATO Dynamics"in məlumatına görə BYD-nin satışları ötən illə müqayisədə 169% artıb. "Tesla"nın satışları isə 49% azalaraq 7 min 99-a düşüb. Beləliklə, BYD ilk dəfə Avropada Tesla-dan çox maşın satıb.

Plug-in hibrid modellər də daxil edildikdə BYD-nin satışları daha da artıb və Tesla ilə fərq böyüyüb.

Analitik Felip Munyos bildirib ki, "BYD"nin bu uğuru Avropa bazarında dönüş nöqtəsidir. Tesla illərlə lider idi, amma BYD yalnız 2022-ci ilin sonunda Avropaya daxil olub.

Qeyd edək ki, İlon Maskın siyasi davranışları da Avropalıların "Tesla"ya soyuq baxmasına səbəb olur.

İsmayıl
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью