BYD Türkiyədə istehsal ediləcək

14.11.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu il Avropada 55 500 ədəd "BYD" Seal U satılıb. Statistika göstərir ki, bu model Avropada ən çox satılan doldurulabilən hibrid olub.

Avtosfer.az xəbər verir ki, ötən il Avropa İttifaqı Çindən idxal edilən bütün avtomobillərə 10 faizlik rüsum tətbiq edib. Çinlilər isə bu rüsumdan yayınmaq üçün çarəni Türkiyədə zavod tikməkdə görürlər. 

Izmirdən 40 kilometr aralıda Manisada tikintisi gedən zavod 1 milyard dollara başa gələcək. burada ildə 150 min avtomobil istehsalı planlaşdırılır. "BYD" bu yolla rəqabətdə qalib olmaq niyyətindədir. 

2026-cı ildən istehsalına başlanacaqelektromobillər və hibridlərin əsas bazarı elə Avropa olacaq. Manisad əyalətindəki zavod çinlilərə rüsumlardan yayınmağa imkan verəcək. 

Türkiyənin coğrafi mövqeyi də "BYD"nin işinə yarayır. Buradan hansısa məhsulun Avropaya çatdırılması bir neçə gün çəkir. Bu da logistika xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью