“BYD”də qəribə nasazlıq; sürücü bunu edəndə bütün panel donur VİDEO

29.06.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sosial şəbəkələrdə yayılan videoda “BYD” markalı avtomobildə qeyri-adi texniki nasazlıq qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, avtomobilin fırlanan mərkəzi multimedia ekranı açıq vəziyyətdə olarkən bütün elektron sistemlər normal işləyir. Lakin ekran aşağı endirilərək bağlanan kimi cihazların fəaliyyəti dayanır.

Kadrlardan görünür ki, ekran bağlandıqdan bir neçə saniyə sonra rəqəmsal cihazlar panelində məlumatlar donur, sürət göstəricisi fəaliyyətini dayandırır və multimedia sistemi cavab vermir. Eyni zamanda kondisioner də daxil olmaqla ekran vasitəsilə idarə olunan funksiyalar işləməz vəziyyətə düşür.

Avtomobil sahibi qaz pedalına basmasına baxmayaraq, cihazlar panelində sürətin əks olunmadığı və müxtəlif xəbərdarlıq işıqlarının yandığı görünür. Daha sonra multimedia ekranı yenidən əvvəlki vəziyyətinə qaldırıldıqda isə sistemlər bərpa olunur, cihazlar paneli yenidən işləməyə başlayır və kondisionerin idarəetməsi aktivləşir.

Mütəxəssislərin fikrincə, belə hallar proqram təminatındakı nasazlıq, elektron idarəetmə blokunun xətası və ya ekranın qoşulma mexanizmində yaranmış problem ilə bağlı ola bilər. Dəqiq səbəbin müəyyənləşdirilməsi üçün avtomobilin rəsmi servis mərkəzində diaqnostika olunması tövsiyə edilir.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью