Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Uruqvay milli komandasının baş məşqçisi məlum olub.
Futbolpress.az xəbər verir ki, yığmanın “sükanı” Dieqo Forlana tapşırılacaq. Bu barədə Uruqvay Futbol Assosiasiyasının prezidenti İqnasio Alonso yerli mətbuata açıqlamasında deyib.
Forlan eyni zamanda Uruqvayın U-20 komandasına da rəhbərlik edəcək. O, millini 2027-ci ildə keçiriləcək Cənubi Amerika Kubokuna hazırlayacaq.
Yığma dünya çempionatında qrup mərhələsini keçə bilməyib. Bu səbəbdən baş məşqçi Merselo Byelsa ilə yollar ayrılıb.