C130 hərbi yük təyyarəsinin xüsusiyyətləri hansılardır?

12.11.2025

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus C-130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb.

Missiya.Az xəbər verir ki, qəzaya uğrayan C-130 Hercules ABŞ-nin Lockheed Martin şirkəti tərəfindən istehsal olunub. Təyyarə 1956-cı ildən xidmətə qəbul olunub və 60-dan çox ölkə, o cümlədən ABŞ, Kanada, Avstraliya və Türkiyə tərəfindən istifadə edilir.

C-130 təyyarəsinin əsas xüsusiyyətləri:

Maksimum uçuş hündürlüyü: 10 060 metr

Uçuş aralığı: 2 000 km

Maksimum sürət: 620 km/saat

Tutum: 92 sərnişin / 72 tam təchiz olunmuş əsgər / 64 paraşütçü

İstehsal sayı: 2 500-dən çox

Əsas xüsusiyyət: Hazırlanmamış və ya yarı hazırlıqlı enmə-zolaqlarından qalxış/eniş, hərbi yüklərin və qoşunların daşınması

Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələri 1963-cü ildən C-130 təyyarələrindən istifadə edir.

Seyranə Quliyeva
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью