Cabanas körfəzində bərə qəzası

28.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

"Sidra Line" şirkəti tərəfindən idarə olunan "Halima" gəmisi Artemisa əyalətindəki Cabanas körfəzinin təxminən üç mil şimalında qəzaya uğrayıb. Bu barədə “Telegram” kanalı məlumat yayıb. Xəbərdə deyilir ki, gəmidə 208 kon­teyner olub, ekipaj üzvləri Misir və İndoneziya vətəndaş­larıdır. Kuba Dəniz Administrasiyası daha sonra konteyner gəmisinin qəzaya uğraması nəticəsində bir nəfərin həlak olduğunu açıqlayıb. Bəyanatda daha sonra deyilir: “On üç ekipaj üzvü tapılıb (onlardan biri həlak olub), qalan üç nəfərin axtarışı isə davam edir. Zərərçəkənlərə tibbi yardım göstərilir”.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью