Cabir İmanovsuz bir il...

29.09.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mərhum Əməkdar artist Cabir İmanovun vəfatından bir il ötür.

“Qafqazinfo” xəbər verir ki, aktyor ötən il sentyabrın 29-u idman zalında 49 yaşında qəfil ürəktutmadan vəfat edib.

Qeyd edək ki, C.İmanov 22 iyun 1976-cı ildə Bakıda anadan olub. O, 1992-2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. 2015-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb. 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Onun ən sevilən obrazı “Məhəllə” filmində Eliş olub.

 İki dəfə ailə həyatı quran mərhum sənətçinin 4 övladı yadigar qalıb.





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью