Cabir İmanovun məzarüstü abidəsi hazırlanıb

24.08.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın Əməkdar artisti, tanınmış aktyor Cabir İmanovun məzarüstü abidəsi hazırlanıb.

Bakıvaxtı.az xəbər verir ki, 2025-ci ilin sentyabrında vəfat edən aktyorun məzarüstü abidəsi artıq hazır vəziyyətə gətirilib.

Cabir İmanov 22 iyun 1976-cı ildə Bakıda anadan olub. O, uzun illər “Planet Parni iz Baku” KVN Teatrında fəaliyyəti ilə tanınıb, yaratdığı obrazlarla Azərbaycan tamaşaçısının rəğbətini qazanıb.

Aktyor eyni zamanda müxtəlif televiziya və səhnə layihələrində iştirak edib. 2015-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb, 2021-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunub.

Cabir İmanov 29 sentyabr 2025-ci ildə 49 yaşında vəfat edib. Onun qəfil ölümü sənət ictimaiyyətində böyük kədər yaradıb.

Aktyor Yasamal rayonunda yerləşən “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Hazırlanan məzarüstü abidə Cabir İmanovun xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

Murad İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью