Çad Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini pozub

29.11.2024

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çad Fransa ilə müdafiə müqaviləsini ləğv etdiyini açıqlayıb.

"Report"un xəbərinə görə, bu barədə "Agence France-Presse” (AFP) Afrika ölkəsinin Xarici İşlər Nazirliyi rəhbərinin bəyanatına istinadən məlumat yayıb.

"Çad Respublikası Hökuməti Fransa Respublikası ilə müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv etmək qərarı barədə ictimaiyyəti məlumatlandırır", - Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq, Afrika İnteqrasiyası və Xaricdəki Çadlılar üzrə Dövlət Naziri Abderaman Kulamalla deyib.

O, bunun səbəbini açıqlamayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью