Çad Lounun 13 yaşlı qızı vəfat etdi

30.09.2026

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalı aktyor Çad Lounun 13 yaşlı qızı Fiona vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə “Page six” məlumat yayıb. Azyaşlının ölüm səbəbi açıqlanmayıb. Ailənin yaydığı açıqlamada Fionanın psixi sağlamlıqla bağlı problemlər yaşadığına işarə edilib.

Qeyd edək ki, Çad Lou prodüser Kim Peynterlə evlidir. Fionanın ölümündən sonra cütlüyün 17 yaşlı Meybl və 10 yaşlı Niksi adlı iki qızı qalıb.

Aktyor “Məsum yalançılar” serialı ilə tanınır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью