Çadda ağır yol qəzası: 12 nəfər həyatını itirib

08.05.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çadın Kanem vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 12 nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.

APA "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hadisə çərşənbə gecəsi sərnişinlərlə dolu “Toyota Hilux” markalı avtomobillə iri tonnajlı yük maşınının toqquşması nəticəsində baş verib.

Qəzada xəsarət alanlar təcili şəkildə yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Həlak olanlar arasında şagirdlər də var.

Hadisənin dəqiq səbəblərinin müəyyən olunması üçün rəsmi istintaq aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью