Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Çadın cənub-qərbindəki Çari çayında güclü külək səbəbindən sərnişin gəmisi aşıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində əksəriyyəti qadınlar və uşaqlar olmaqla on bir nəfər həlak olub.
Ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.
Qeyd edək ki, Çadda, xüsusilə yağışlı mövsümdə həddindən artıq yüklənmə, əlverişsiz hava şəraiti və zəif təhlükəsizlik tədbirləri səbəbindən su nəqliyyatında ölümcül qayıq qəzaları tez-tez baş verir.
İbrahim Cəfərov