Çadın keçmiş baş naziri saxlanılıb

16.05.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çadın keçmiş baş naziri və müxalifətdəki Transformasiyaçılar Partiyasının lideri Succes Masranın saxlanıldığı bildirilir.

"Cebheinfo.az" xəbər verir ki, Məsranın paytaxt Enceminedəki iqamətgahından əsgərlər tərəfindən zorla çıxarıldığı görüntüləri Transformasiyaçılar Partiyasının “Facebook” hesabında paylaşılıb.

Yazıda Qassi bölgəsindəki iqamətgahından əsgərlər tərəfindən zorla çıxarılan Məsranın saxlanıldığı bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью