Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Kulis.az Nadir Yalçının “Əsrin binası” adlı yazısını təqdim edir.
Qadınlar üçün ilk savadsızlığı ləğvetmə dərnəyi Əli Bayramov... Bu ismi çoxu rayon adı kimi xatırlayır: Əlibayramlı.
2008-ci ildən üzü bəri doğulan uşaqlar nə vaxtsa Əlibayramlı adında rayonun olduğunu da bilmir.
Ortayaşlı nəslin nümayəndələri arasında isə ona xalq düşməni, ruspərəst, cümhuriyyətin canisi adı verənlər var.Hətta Azərbaycanda Sovet hakimiyyəti qurulması uğrunda fəal mübarizə aparmış, Azərbaycan Xalq Cümhuriyyətinə qarşı Gəncədə gizli inqilabi fəaliyyət göstərən, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini silahlı üsyan yolu ilə devirmək, dövlət çevirilişi etmək barədə bəyannaməni imzalayan Əli Bayramovun (digər anti-müsavatçıların da) məzarının I Fəxri xiyabanda olduğuna görə bəziləri narazılıq edir.Lakin o da həqiqətdir ki, sonradan elə Sovet hökumətinin qətl etdirdiyi (1920-ci il) bu ziddiyətli şəxsiyyət Azərbaycanda ilk dəfə qadınlar üçün savadsızlığı ləğvetmə dərnəyinin yaradılması ideyasını irəli sürüb.
Həmin dərnək kimin rəhbərliyi ilə yaradılıb? Qadınlar üçün ilk savadsızlığı ləğvetmə dərnəyi 1918-ci ildə Əli Bayramovun həyat yoldaşı Ceyra
Ceyran xanım və onunla birlikdə bəzi maarifpərvər xanımlar qızlara yazmaq, oxumaq, eyni zamanda, bəzi peşə bacarıqlarını öyrədir.
Klara Setkin qadın klubunda “Səadət” sarayında dərnəyə yer verən azərbaycanlı kimdir?
Qısa zamanda Ceyran Bayramovanın təşkil etdiyi dərnəkdən xəbər tutan ictimai-siyasi xadim Nəriman Nərimanov Ceyran xanıma dərnəyin fəaliyyətinin “Səadət” sarayında davam etdirilməsini təklif edir.