Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Bartın şəhərində bir vətəndaş özünə cadu edildiyinə inandırılaraq böyük məbləğdə fırıldaqçılığın qurbanı olub.
“Yeni Sabah” xəbər verir ki, dələduz şəxs cadunu pozmaq bəhanəsi ilə həmin vətəndaşdan hissə-hissə ümumilikdə 794.000 TL pul alıb. Aldadıldığını anlayan zərərçəkən polisə müraciət edib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma və şübhəli şəxsin saxlanılması istiqamətində əməliyyat başladılıb. Dominos pizza