CAF prezidentindən finaldakı qalmaqala reaksiya gəldi

31.01.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

CAF prezidentindən finaldakı qalmaqala reaksiya gəldi

Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepe Mərakeşdə keçirilən 2025-ci il Afrika Millətlər Kubokunun finalındakı qalmaqallı hadisələrlə bağlı sükutu pozub.

QOL.az xəbər verir ki, qurum rəhbəri finaldan iki həftə sonra rəsmi bəyanat yayıb. O, baş verənlər fonunda dərin məyusluq keçirdiyini bildirib:

"Mən, İcraiyyə Komitəsi və 54 üzv assosiasiyanın prezidentləri Afrika futbolunun bütövlüyünü, nüfuzunu və qlobal rəqabət qabiliyyətini qorumaqda qərarlıyıq. "TotalEnergies" Afrika Millətlər Kubokunun finalında baş verən qəbuledilməz hadisələr məni dərindən məyus etdi".

Motsepe bildirib ki, yanvarın 28-də İntizam Komitəsinin verdiyi qərarları nəzərə alaraq CAF-ın qaydalarına, o cümlədən İntizam Məcəlləsinə yenidən baxılması üçün İcraiyyə Komitəsinin iclasını çağırıb.

Qeyd edək ki, müvafiq addımın atılması gələcəkdə nizamnamənin ciddi şəkildə pozulması və Afrika futbolunun nüfuzuna xələl gətirən davranışlar zamanı məhkəmə orqanlarına daha sərt və çəkindirici sanksiyalar tətbiq etmək səlahiyyəti vermək məqsədi daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью