CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe

17.09.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe

Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepe 2027-ci il Afrika Millətlər Kubokunun Keniyada, Tanzaniyada və Uqandada keçiriləcəyinə əmin olduğunu bildirib.

QOL.az xəbər verir ki, "Reuters" nəşrinin məlumatına görə, o, turnirin başqa ölkəyə keçirilməsi ilə bağlı ehtimalları rədd edib.

Motsepe hazırlıq prosesində müəyyən çətinliklərin olduğunu etiraf etsə də, CAF-ın üç ölkə ilə birgə çalışaraq əsas işlərin vaxtında başa çatdırılması üçün səylərini davam etdirəcəyini vurğulayıb.

“Çətinliklər və təkmilləşdirilməli sahələr həmişə olacaq. Lakin biz Şərqi Afrikada və Afrikada özümüzə inanmalı, birlikdə çalışaraq müəyyən edilmiş müddətlərə əməl etməliyik. Doqquz ayımız qalıb. Əsas məqsədlərimizdən biri işləri sürətləndirməkdir. Biz buradayıq ki, birlikdə çalışaq, kömək edək və dəstək olaq. Bu, bizim Afrika Kubokumuzdur”.

Qeyd edək ki, 2027-ci il Afrika Millətlər Kubokunun iyunun 19-dan iyulun 17-dək keçirilməsi planlaşdırılır. Bu, Keniyanın, Tanzaniyanın və Uqandanın birgə ev sahibliyi edəcəyi ilk turnir olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью