Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Eşref Rüya" serialının finalından sonra pərəstişkarları təəccübləndirən xəbər yayılıb.
Axşam.az xəbər verir ki, "Eşref Tek" adlı layihənin Prime Videoda yayımlanacağı anons edilib. Onun "Eşref Rüya"nın birbaşa davamı, yoxsa obrazın hekayəsindən bəhs edən ayrıca ekran işi olacağı hələlik açıqlanmayıb.
Layihənin yayım tarixi və aktyor heyəti bəlli olmasa da, afişada yalnız aktyor Çağatay Ulusoy yer alıb.