Çağatay Ulusoyun yeni serialı neçənci oldu?

20.03.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən axşam türkiyəli məşhur aktyor Çağatay Ulusoyun yeni serialı "Eşref Rüya"nın ilk bölümü yayımlanıb.

"Cebheinfo.az" xəbər verir ki, "Kanal D"də ekrana gələn layihənin reytinq nəticələri də bəlli olub.

"Eşref Rüya" birinci bölümü ilə "Total" kateqoriyasında 7-ci olub. Ekran işi siyahıda "Sahipsizler", "Kuruluş Osman" və "Leyla" seriallarını keçə bilməyib. Lakin sözügedən serial "Survivor", "Sandık Kokusu" və "Gelin"i geridə buraxıb. 

"Eşref Rüya" "AB" kateqoriyasında beşinci, "ABC1" kateqoriyasında isə dördüncü olub. Bu isə ilk bölüm üçün qənaətbəxş hesab olunur.

Elmir Mustafa
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью