Çağatay Ulusoyun yeni serialının kanalı bəlli oldu

25.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyəli məşhur aktyor Çağatay Ulusoyun "Eşref" adlı yeni serialının yayımlanacağı telekanal bəlli olub.

"Cebheinfo.az" xəbər verir ki, layihə "Kanal D" ilə razılaşıb.

Ekran işinin 2025-ci ilin fevral ayında "Kanal D"-də yayımlanmağa başlaması planlaşdırılır. 

Qeyd edək ki, iddialı serialın rejissoru bir çox reytinqli ekran işlərini çəkmiş Uluç Bayraktar olacaq. Layihənin baş rol aktrisası isə hələlik məlum deyil. Maraqla gözlənilən serialda Çağatay Ulusoyun canlandıracağı kriminal avtoritet "Eşref"in həyatından bəhs olunacaq. 

Elmir Mustafa 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью