Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dekabrın 13-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Çağdaş dövrdə Türk xalqlarının əsas ictimai-fəlsəfi problemləri” mövzusunda ümuminstitut seminarı keçirilib.
Moderator.az xəbər verir ki, ümuminstitutut seminarının moderatoru, fəlsəfə üzrə fəlsəfə foktoru Məhəmməd Cəbrayılov giriş sözü ilə tədbiri açaraq mövzunun aktuallığını diqqətə çatdırıb.
Mövzu ilə bağlı əsas məruzəçi olan “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli çağdaş dövrdə Türk xalqlarının əsas ictimai-fəlsəfi problemlərini bir neçə aspektdə dəyərləndirib.
Onun fikrincə, mövzu ilə bağlı ilk növbədə, “Türk fəlsəfəsi”, “Türk xalqlarının fəlsəfəsi”, “Türk filosofu”, “Türk xalqlarının filosofu” (Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan və b.) anlayışlarına Türk xalqlarında hansı yönlərdən yanışılması məsələsinə aydınlıq gətirilməlidir.
Belə ki, hazırda dünyada bir çox xalqların fəlsəfəsindən və filosoflarından bəhs edildiyi halda, “Türk fəlsəfəsi” ilə “Türk filosofu” anlayışlarına çox az hallarda rast gəlmək mümkündür.
Məruzəşi hesab edir ki, “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışlarının dünya fəlsəfəsinə ya da dünya fəlsəfə tarixinə daxil olmamasına əsas səbəb, onun müxtəlif fəlsəfi təlimlərin tərkib hissəsi kimi göstərilməsi olmuşdur.
Məhz bunun nəticə olaraq, ən yaxşı halda ilk Türk filosofları olaraq Orta çağda yaşamış Məhəmməd Farabi, Əbu Reyhan əl-Biruni, Əhməd Yəsəvi və başqalarının adları çəkilir.Üstəlik, hazırda “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışları əsasən Türkiyə ilə məhdudlaşdırlır.