Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kulis.az Furqan Əliyevin "Çağdaşın klassikası" adlı hekayəsini təqdim edir.
“Gözlərini açanda özünü parkda, bir ağacın altındakı skamyada oturmuş gördü. Nə qədər cəhd etsə də, bura necə gəldiyini xatırlaya bilmədi.
Birtəhər qalxıb addımladı. Qəribədir, yol həmin yol idi, ancaq ətraf tamam fərqli. Addımlarını azca yeyinlətdi. Evə getməyə qərar vermişdi.
Qəribə duyğu, bir qorxu hissi onu tam əsarətinə almışdı. Nəhayət, üzbəüz dayandığı qapının zəngini basdı.
Qapı açıldı, ancaq...” (Sürüşdürdü) “Əksər hekayətlər belə başlanır: Ya kimsə bir qəsəbəyə gəlir, ya da kimsə bir qəsəbədən gedir...”(Sevimli videolar toplusuna atdı) Bunu görcək, sanki öz ifadəsiymiş kimi ətrafındakı hər kəsə eyni “kəlamı” döşəyən Çağdaş eyni bir dildən çıxan: “Hay-küy salın!
Çünki hay-küy hər dildə eyni mənaya gəlir” çağırışını həmişəkitək bir qırağa atdı. Yəni...
(Yenə sürüşdürdü) Haqqında absurd “dastanlar” yazılası qəhrəmanımız hərbi çağırışda boyunun yüz əlli santimdən az-maz çox olub, çəkisinin üçrəqəmli ədədlə işarələnməsinə lap yaxın olduğunu görmüşdü.