Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində biznes proseslərinin rəqəmsallaşdırılması lay
“Azəriqaz” İB xəbər verir ki, 2024-cü ilin son aylarında Çağrı Mərkəzinin yenidən təşkili və zənglərin mərkəzləşdirilməsi layihəsi icra edil
Cari ilədək rayonlardan daxil olan zənglər aidiyyəti üzrə Regional İdarələr tərəfindən cavablandırılırdısa, artıq bütün zənglər vahid Çağrı
2025-ci ilin ilk 6 ayı ərzində Çağrı Mərkəzinə 748637 zəng daxil olub ki, bunun 92%-i cavablandırılıb.
Qəza çağrıları ilə bağlı ünvanlanan zənglərin isə 99,10%-i Birlik əməkdaşları tərəfindən cavablandırılıb.
Zəng vuran abonentlərin xətdə gözləmə müddəti ortalama 45 saniyədən 15 saniyəyə düşüb.
Qəza çağrıları ilə bağlı zəng vuranların xətdə gözləmə müddəti isə ortalama 3 saniyə olub.
Çağrı Mərkəzinə daxil olan müraciətlər Xidmətin operatorları tərəfindən ya məlumatlandırılaraq tamamlanır, ya da icra olunması üçün birbaşa ünvanlara gedəcək əməkdaşların mobil telefonlarına və ya planşetlərinə yönləndirilir.