Çağrı mərkəzləri üçün 1,2 milyonluq tender

02.02.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İnnovasiyalar Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət xidmətlərinin rəqəmsallaşdırılması və müştəri məmnuniyyətinin artırılması istiqamətində növbəti böyük addımını atır.

Modern.az xəbər verir ki, qurum çağrı mərkəzi xidmətlərinin tam avtomatlaşdırılması, həmçinin süni intellekt əsaslı innovativ platformaların qurulması məqsədilə irimiqyaslı satınalma müsabiqəsi elan edib.

Satınalma üzrə işlərin ehtimal olunan qiyməti 1 200 001,00 AZN təşkil edir.

Müsabiqə çərçivəsində çağrı mərkəzlərində insan amilini minimuma endirəcək Süni İntellekt əsaslı Səsli Agentlərin yaradılması və daxil olan zənglərin avtomatik analizi üçün xüsusi platformanın tətbiqi planlaşdırılır.

Bu texnologiya sayəsində vətəndaşların müraciətləri daha operativ emal ediləcək və xidmət keyfiyyəti süni intellekt vasitəsilə real vaxt rejimində qiymətləndiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью